"Neftçi" əzmkar qələbə qazandı

22 May, 13:05 Sosial mediada paylaşın:
Azərbaycan çempionatında 35-ci tura “Kəpəz” – “Neftçi” oyunu ilıə start verilib.
Hesab 1-ci hissənin sonunda açılıb. Gəncə klubunun heyətində Abdullahi Şuaybu fərqlənib. Amma fasilədən sonra paytaxt təmsilçiləri 3 qol vuraraq, əzmkar qələbə qazanıblar. 65-ci dəqiqədə Ataa Caber tarazlığı bərpa edib. 87-ci dəqiqədə Ömər Buludov Neftçini hesabda önə keçirib. Yekun nəticəni isə Kilan Lebon müəyyənləşdirib 3:1. 5 turdan sonra qələbə qazanan “Neftçi” 65 xalla 3-cü yerdədir. Komanda çempion “Qarabağ”  gümüş mükafatçı “Sabah”dan geri qalır. Son 4 turda 3-cü dəfə uduzan “Kəpəz” isə 30 xalla 7-ci pillədə qərarlaşıb.

CANLI YAYIM