"Roma Masters"də yarımfinalçılar müəyyənləşib

19 May, 17:15 Sosial mediada paylaşın:
Roma turnirində ¼ finala yekun vurulub. Rusiyalı Daniil Medvedev yarımfinala yüksəlməkdə çətinlik çəkməyib. O, almaniyalı Yannik Hanfmannı mübarizədən kənarlaşdırıb. Hər iki setdə Daniil 6:2 hesabı ilə qalib gəlib.
Rusiyalı raketka ustası finala gedən yolda Stefanos Çiçipasla qarşılaşacaq. Yunanıstan idmançısı ¼ finalda xorvatiyalı Borna Çoriçi məğlub edib. Ilk setdə 6:3 hesabı ilə qalib gələn Çiçipas, 2-ci hissədə 6:4 hesabı ilə üstün olub. Digər yarımfinal cütündə isə Danimarkalı Holqer Rune norveçli Kasper Ruud ilə qarşılaşacaq. Bu mərhələnin görüşləri  maylın 20-də keçiriləcək.

CANLI YAYIM