"Sabah" "Sumqayıt"a heç bir şans vermədi

18 May, 12:20 Sosial mediada paylaşın:
Azərbaycan Premyer Liqasında XXXIV tura yekun vurulub.
Turun sonuncu turunda “Sumqayıt” komandası "Sabah"ı qəbul edib.
"Kapital Bank Arena"da keçirilən görüş Bakı klubunun böyük hesablı qələbəsi ilə başa çatıb - 4:0.
Matçda Con İrasabal, Davit Volkov, Kristian da Silva və Kristian Sebalyos fərqləniblər.
Bu qələbədən sonra xallarını 80-ə çatdıran "Sabah" ikinci pillədə qərarlaşıb. İyirmi səkkiz xalı olan "Sumqayıt" isə səkkizinci yerdədir.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" evdə "Kəpəz"lə, "Neftçi" "Şamaxı" ilə 1:1 hesablı sülhə razılaşıb, "Turan Tovuz" Qəbələdə eyniadlı komandanı 2:1, "Qarabağ" isə səfərdə "Səbail"i 3:0 hesabı ilə məğlub edib.

CANLI YAYIM