Atletimiz Afrika çempionatında qalib oldu

15 May, 13:10 Sosial mediada paylaşın:
Tunisdə keçirilən ağır atletika üzrə 33-cü Afrika çempionatında yığamızın üzvü Nazilə İsmayılova uğurla çıxış edib.
45 kq çəki dərəcəsində mübarizə aparan  atletimiz  birdən qaldırma hərəkətində 60, təkanla qaldırma hərəkətində isə 72 kq çəkini ram edib. Toplamda  132 kq nəticə göstərən Nazilə İsmayılova  Afrika çempionatının qızıl medalını qazanıb.  Qeyd edək ki, Tunisdəki yarış Paris 2024 Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

CANLI YAYIM