Boksçumuz dünya çempionatında gümüş medal qazandı

15 May, 13:00 Sosial mediada paylaşın:
Azərbaycan boksçusu Alfonso Dominges Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında final döyüşünü keçirib.
86 kq çəki dərəcəsində mübarizə aparan Avropa Oyunlarının qalibi həlledici görüşdə rusiyalı Şarabutdin Atayevlə qarşılaşıb. Döyüş rəqibin qələbəsi ilə başa çatdığından boksçumuz dünya çempionatını gümüş medalla başa vurub. Dominges Atayevədək ardıcıl olaraq Avstraliya, Özbəkistan və Gürcüstan təmsilçilərini mübarizədən kənarlaşdırmışdı. Beləliklə, Azərbaycan millisi dünya çempionatını 2 medalla başa vurub. Domingesdən əvəl Məhəmməd Abdullayev bürünc mükafata layiq görülmüşdü. Qeyd edək ki, 5,2 milyon dollar mükafat fondu olan yarışda 107 ölkədən 538 idmançı mübarizə aparıb. Dünya çempionu tituluna yiyələnən boksçular 200 min dollar gəlir əldə ediblər. İkinci yerin sahibləri 100 min, bürünc medal qazananlar isə 50 min dollarla mükafatlandırılıblar. Qaliblərə, həmçinin İBA-nın xüsusi kəməri də təqdim olunub.

CANLI YAYIM