"Neftçi" "Şamaxı" ilə də bacarmadı

15 May, 12:00 Sosial mediada paylaşın:
Ölkə çempionatının 34-cu turunda turnir cədvəlinin 3-cu pilləsində qərarlaşan “Neftçi” “Bakcell Arena”da “Şamaxı” ilə üz üzə gəlib.
Görüşə daha fəal başlayan “ağ- qaralar” 12-ci dəqiqədə hesabı açmaq üçün əla fürsət əldə ediblər. Emin Mahmudovun zərbəsindən sonra qapı dirəyindən qayıdan top qapıçı Rəşad Əzizliyə dəyərək çərçivəyə daxil olub. Fasiləyədək lazımi hesab qoruyan meydan sahibləri ikinci hissədə təşəbbüsü əldən veriblər. 56-ci dəqiqədə “Şamaxı” futbolçuları bərabərliyi təmin ediblər. Amil Yunanov 11 metrlik zərbəni dəqiq yerinə yetirib: “Neftçi”- “Şamaxı” - 1:1. Beləliklə Premyer Liqada ardıcıl 5-ci matçda da xal itirən “Neftçi” yarış cədvəlində mövqeyini dəyişməyib. Komanda 62 xalla hələdə 3-cüdur. 24 xalı olan “Şamaxı” isə sonuncu pillədədir.
 

CANLI YAYIM