Bu gün xokkey üzrə dünya çempionatı start götürür

12 May, 15:38 Sosial mediada paylaşın:
Bu gün Finlandiya və Latviyanın birgə təşkilatçılığı ilə xokkey üzrə sayca 86-cı dünya çempionatı start götürəcək.
Ənənəvi olaraq, 16 komanda iki qrupa bölünərək pley-offa vəsiqə uğrunda mübarizə aparacaq. Finlandiyanın Tampere şəhərində keçiriləcək A qrupunun oyunlarında meydan sahibləri ilə yanaşı, Amerika Birləşmiş Ştatları, İsveç, Almaniya, Danimarka, Fransa, Avstriya və Macarıstan millilərin mübarizə aparacaq. Latviyanın paytaxtı Riqada təşkil olunacaq B qrupunun matçlarında isə Kanada, Çexiya, İsveçrə, Slovakiya, Latviya, Norveç, Qazaxıstan və Sloveniya komandaları münasibətlərinə aydınlıq gətirəcək. Qrup mərhələsini ilk 4 sırada başa vuran kollektivlər mayın 25-də keçiriləcək 1/4 finala vəsiqə qazanacaq.  Yarımfinal mərhələsi mayın 27-də, 3-cü yer uğrunda görüşlə final matçı isə növbəti gün təşkil olunacaq.  Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında münaqişəyə görə şimal qonşularımız ardıcıl 2-ci il mundialda iştirak imkanından məhrum olub. Yeri gəlmişkən, bu il dünya çempionatı da məhz Sankt-Peterburqda keçirilməli idi. Amma sonrada Beynəlxalq Hokkey Federasiyası təşkilatçılıq hüququnu Rusiyadan alıb. Çempionatın favotirlərinə gəlincə, yenə də 27 dəfə bu turniri qazanan Kanada millisi qızıl medaları qazanmağa əsas namizəddir. Amma Finlandiya yığmasının da  imkanlar yüksək qiymətləndirilir. Təbii ki, İsveç, Çexiya və Amerika Birləşmiş Ştatlarının komandalarını da unutmaq olmaz.

CANLI YAYIM