Azərbaycan paraüzgüçüsü Roman Saley dünya rekorduna imza atıb

12 May, 12:20 Sosial mediada paylaşın:
Azərbaycan paraüzgüçüsü Roman Saley dünya rekorduna imza atıb.
Üçqat Paralimpiya çempionu Berlində keçirilən dünya seriyasının təsnifat mərhələsində 200 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışlarında 1 dəqiqə 58.36 saniyəlik nəticə göstərib.
Dünya rekordunu yeniləyən idmançı yarışın final mərhələsinə vəsiqə qazanıb.
Roman Saley, həmçinin 100 metr məsafəyə butterfly, millimizin digər üzvü, Paralimpiya çempionu Vəli İsrafilov isə 100 metr məsafəyə brass üsulu yarışlarda finala yüksəliblər.

CANLI YAYIM