"Fiorentina" "Bazel"i, "Vest Hem" "Alkmaar"ı qəbul edir

11 May, 16:32 Sosial mediada paylaşın:
UEFA Konfrans Liqasında yarımfinal mərhələsi başlanır. 1/4 finalda “Lex” Poznan klubunu mübarizədən kənarlaşdıran “Fiorentina” doğma meydanda “Bazel” futbolçuları ilə üz-üzə gələcək. Bu qarşılaşmada Florensiya təmsilçisinin müdafiəçisi Nikola Milenkoviç zədə səbəbindən komandasına kömək edə bilməyəcək. O, sarı vərəqə limitini doldurduğuna görə iştirak etməyəcək. Qeyd edək ki, bu komandalar sonuncu dəfə 2015-ci il UEFA Avropa Liqasının qrup mərhələsində üz-üzə gəlmişdi. Hər iki qarşılaşmada “Fiorentina” rəqibini məğlub edə bilməmişdi.
İngiltərə təmsilçisi “Vest Hem” isə Niderlandın “AZ Alkmaar”” komandası ilə münasibətlərə aydınlıq gətirəcək. Çexiyalı Vladimir Kufal Premyer Liqanın 35-ci turunda, “Mançester Yunayted”lə qarşılaşmada aldığı zədə səbəbindən meydana çıxa bilməyəcək. “Alkmaar”ın düşərgəsində isə Miloş Kerkez cəzalı olduğu üçün qarşılaşmanı buraxacaq. Hərçənd Niderland klubunun heyətində Dani de Vit, Sem Vesterveld, Yens Odqard, Bruno Martins İndi və Yesper Karlsonun görüşə çıxıb-çıxmayacağı hələlik sual altındadır.
Qeyd edək ki, Konfrans Liqasının yarımfinal mərhələləri bu gün saat 23-də başlanacaq.

CANLI YAYIM