"İnter" finalın bir addımlığında qərarlaşdı

11 May, 12:20 Sosial mediada paylaşın:
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin növbəti görüşü keçirilib. İtaliyada Milan və İnter kollektivləri “Derbi del Milano” qarşılaşmasında üz üzə gəliblər. “San Siro” stadionunda keçirilən qarşılaşmada “rossonerilər favorit hesab olunsada komanda etimadı doğrultmayıb. 8-ci dəqiqədə Edin Ceko baxımlı qolla hesabı açıb. Qonaqlar 11-ci dqiqədə növbəti dəfə Milan komandasını mərkəzə dəvət edib. 2 top fərqi ilə üstünlüyü ələ alan "İnter" futbolçuları qələbə hesabını sonadək qoruyub. Görüş bu hesabla başa çatıb: Milan - İnter 0:2. Bununla da "İnter" Çempionlar Liqasının finalına gedən yolda inamlı addım atıb. Yarımfinal mərhələsinin növbəti qarşılaşması bir həftə sonra bu stadionda keçiriləcək.

CANLI YAYIM