Emil Mustafayev: "Azərbaycana söz vermişdim"

9 Mart, 12:10 Sosial mediada paylaşın:
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin oyunçusu Emil Mustafayev Ukrayna yığmasında oynamaqdan niyə imtina etdiyini açıqlayıb. Ukraynanın "Aleksandriya" klubunun yarımmüdafiəçisi ilk olaraq Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından təklif aldığını deyib: Razılaşdıq ki, onların komandasında oynayacağam. Ukraynadan əlaqə saxlayanda artıq gec idi. Çünki artıq Azərbaycana söz vermişdim və sözümə sadiq qadım”. Sitatın sonu. Emil Mustafayev bu mövsüm Ukrayna Premyer Liqasında "Aleksandriya”nın heyətində 4 oyun keçirib və 2 qol vurub, 3 məhsuldar ötürmə edib.

CANLI YAYIM