"Sassuolo" və "Torino" evdə qələbə qazandı

7 Mart, 17:16 Sosial mediada paylaşın:
İtaliya A seriyasında 25-ci tur yekunlaşıb.
Ötən tur öz meydanında “Roma”nı məğlub edərək mövsümdə ilk qələbəni qazanan “Kremoneze” bu dəfə “Sassuolo”nun qonağı olub. Davide Ballardininin komandası uğurun davamını bu oyunda gətirə bilməyib. “Sassuolo” futbolçuları ilk hissədə rəqibi 2 dəfə cəzalandırıblar. 26-cı dəqiqədə Arman Loriente hesabı açıb. 41-ci dəqiqədə isə Davide Fratezi meydan sahiblərinin üstünlüyünü möhkəmlədib. Fasilədən sonra azarkeşlər daha 3 qol görüblər. “Kremoneze”nin heyətində Siril Desers dubl müəllifi olaraq tarazlığı bərpa etsə də, “Sassuolo” sona yaxın qələbə qolunu vura bilib. Əlavə olunan 2-ci dəqiqədə Nedim Bayrami 3-cü topu “Kremoneze”nin qapısından keçirərək “Sassuolo”ya 3 xal qazandırıb. Komanda hazırda 30 xalla 13-cüdür. “Kremoneze” isə 12 xalla 19-cudur.
“Torino” – “Bolonya” matçında isə yalnız 1  qol vurulub. 22-ci dəqiqədə Yan Karamo fərqlənərək Turin klubuna minimal hesablı qələbə qazandırıb. İvan Yuriçin komandası hazırda 34 xalla 9-cu, “Bolonya” 35 xalla 8-cidir.  Yarış cədvəlinə 65 xalla “Napoli”  başçılıq edir. Rəqibindən 15 xal geri qalan “İnter” 2-cidir, “Latsio” 48 xalla ilk 3-lüyü tamamlayır.

CANLI YAYIM