"Zirvə Astara"dan ardıcıl 2-ci qələbə

6 Mart, 15:30 Sosial mediada paylaşın:
Basketbol Liqasında 20-ci turun sonuncu oyununda “Zirvə Astara” və “Neftçi” qarşılaşıb.
 Olimpiya İdman Kompleksində keçirilən görüşə meydan sahibləri yaxşı başlayıblar və ilk perioddda 32-13 hesabı ilə irəli çıxıblar.  İkinci hissədə də təşəbbüsü əldən verməyən “Zirvə” basketbolçuları böyük fasiləyədə üstün yollanıb – 50:33. Üçüncü periodda “Neftçi” fəallaşıb. Komanda ardıcıl xallar qazanaraq hesab arasındakı xal fərqini azaldıb: 65-67. 
Sonuncu hissə “Zirvə Astara”nın hesabına yazılıb və komanda yekunda 89:81 hesabı ilə qalib gəlib. Mohsen Moradxani görüşün ən məhsuldar basketbolçusu seçilib. “Neftçi”nin üzvü 25 xal və 10 ribaundla fərqlənib. Ardıcıl ikinci qələbəsini qazanan “Zirvə Astara” 23 xalla 7-ci pillədəki mövqeyini qoruyub. Komanda turnir cədvəlində yalnız “Olimpik Şəki”ni qabaqlayır. Yarış cədvəlinəisə 34 xalla müvafiq olaraq “Sabah” və NTD başçılıq edir. Onlardan bir xal az toplayan “AAAF Xırdalan” və “Sərhədçi” 3-4-cü  yerləri bölüşür. “Gəncə” 31 xalla 5-ci, “Neftçi” 27 xalla 6-cıdır. 21-ci turun oyunları martin 8-dən 12-dək keçiriləcək.

CANLI YAYIM