Mahir Emreli "Konyaspor"da debüt etdi

6 Mart, 12:05 Sosial mediada paylaşın:
Millimizin üzvü Mahir Emrelinin yeni komandası "Konyaspor" bu gün Türkiyə Superliqasında növbəti oyununu keçirib. 
Konya təmsilçisi 24-cü turda "Giresunspor"u qəbul edib. Görüş qolsuz heç-heçə ilə başa çatıb. Mahir də bu oyunda iştirak edib. O, əsas heyətdə meydana çıxıb və 56-cı dəqiqədə Robert Muriçlə əvəzlənib. Bu, Mahirin "Konyaspor"da və ümumiyyətlə Superliqada rəsmi debüt oyunu olub. "Konyaspor" 23 oyundan sonra 28 xalla 9-cu pillədə qərarlaşıb. Xatırladaq ki, müqavilə ilə Zaqreb "Dinamo"suna məxsus olan Mahir Emreli bu qış icarə əsasında "Konyaspor"a keçib. 

CANLI YAYIM