"Zirə" serbiyalı futbolçunu geri qaytardı

3 Mart, 15:49 Sosial mediada paylaşın:
"Zirə" qış fasiləsində komandadan ayrılan futbolçu Nemanya Andelkoviçi geri qaytarıb. Bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb. Serbiyalı müdafiəçi mövsümün sonunadək komandada çıxış edəcək. Qeyd edək ki, "Zirə" yanvarda oyunçu ilə qarşılıqlı razılaşma ilə yolları ayırmışdı. Andelkoviç 2021-ci ilin yanvarından “Zirə”də oynayır.

CANLI YAYIM