"Sabah" Letiçə yeni müqavilə təklif etdi

3 Mart, 13:40 Sosial mediada paylaşın:
"Sabah" Boyan Letiçə yeni müqavilə təklif edib.
Baş məşqçi Murad Musayev növbəti mövsüm üçün quracağı komandada Letiçi də görmək istəyir. Bu səbəbdən də ona yeni müqavilə təklif olunub.  Futbolçu da "Sabah"da qalmağa razı olsa, yeni müqavilənin detalları müzakirə olunacaq. Qeyd edək ki, Letiçin "Sabah"la müqaviləsi mövsümün sonuna qədərdir.

CANLI YAYIM