Güləşçimiz beynəlxalq turnirdə finala çıxıb

3 Mart, 12:20 Sosial mediada paylaşın:
Bolqarıstanın paytaxtı Sofiyada Dan Kolov və Nikola Petrovun xatirə turnirinə start verilib.
Yarış ilk günündə mübarizəyə qoşulan hər iki güləşçimiz uğurla çıxış edib. 61 kq-da İntiqam Vəlizadə bütün rəqiblərinə qalib gələrək finala yüksəlib. O, qızıl medal uğrunda görüşdə türkiyəli Recep Topalla  qarşılaşacaq.92 kq-da çıxış edən İbrahim Yusubov isə bürünc medal uğrunda görüşdə Moldova idmançısı ilə üz-üzə gələcək.

CANLI YAYIM