"Qarabağ" və "Neftçi"nin keçmiş futbolçusu Azərbaycana qayıdır

2 Mart, 12:00 Sosial mediada paylaşın:
Vaxtilə “Qarabağ” və "Neftçi"də oynamış yarımmüdafiəçi Aylton yenidən Azərbaycana qayıda bilər.
 Braziliyalı futbolçu bir neçə klubumuzdan təklif alıb. Hazırda Aylton həmin klubların təkliklərini dəyərləndirir. Futbolçunun sonuncu klubu Rusiyanın aşağı divizion təmsilçisi “Rodina” olub. O, həmçinin Almaniyanın “Ştutqart”, Portuqaliyanın “Braqa” və “Eştoril” klublarında da çıxış edib.

CANLI YAYIM