"Alanyaspor" Ersun Yanalla anlaşdı

28 Fevral, 16:33 Sosial mediada paylaşın:
Türkiyə Super Liqasında çıxış edən "Alanyaspor" klubu baş məşqçisi Françesko Farioli ilə yollarını ayırıb.
34 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib. Qeyd edək ki, italiyalı baş məşqçi 2021-ci ilin dekabrından "Alanyaspor"da işləyib. Komanda 22 turdan sonra 25 xalla 11-ci pillədə qərarlaşıb. Klub artıq Fariolidən boşalan vəzifəyə yerli mütəxəssis cəlb edib. Komanda Ersun Yanala tapşırılıb. Qeyd edək ki, Ersun Yanal sonuncu dəfə 2020-2021-ci illər mövsümündə "Antalyaspor"da işləyib.

CANLI YAYIM