"Azərreyl" uduzdu, "Murov" sensasiyaya imkan vermədi

7 Fevral, 11:20 Sosial mediada paylaşın:
Qadın voleybolçuların Azərbaycan çempionatında 5-ci tur olub.
Voleybol mərkəzində əvvəlcə “Azərreyl” – “Abşeron” oyunu keçirilib. Nominal qonaqlar lideri 3 setdə məğlub ediblər - 25:21, 26:24, 25:17. “Murov” isə UNEC-lə qarşılaşmada sensasiyaya imkan verməyib. Vüqar Əliyevin komandası rəqibindən hər 3 setdə üstün olub - 25:9, 25:23, 25:11. “Azərreyl” uduzsa da, hazırda 11 xalla əvvəlki kimi liderdir. “Murov” 10 xalla 2-ci, “Abşeron” 9 xalla 3-cüdür. Hələ ki, xal qazana bilməyən UNEC sonuncu yerdədir.

CANLI YAYIM