"Atletik" və "Real" yarımfinala yüksəlib

27 Yanvar, 16:30 Sosial mediada paylaşın:
İspaniya kubokunun 1/4 finalına “Valensiya” doğma arenada “Atletik Bilbo”nu qəbul edib. 1-ci hissənin son 10 dəqiqəsi maraqlı mübarizə şəraitində keçib. 35-ci dəqiqədə Bilbao klubunun heyətində İker Munyain qonaqların ilk qolunu vurub. 43-cü dəqiqədə tarazlıq bərpa olunub. Oskar de Markos avtoqol müəllifi olub. Amma fasiləyə qonaqlar üstünü yollana biliblər. Niko Uilyams qardaşı İnyakinin ötürdüyü topu qapıdan keçirib. 2-ci hissədə isə Mikel Vesqa penaltidən yararlanaraq yekun nəticəni müəyyənləşdirib. Beləliklə 3:1 hesabı ilə qalib glən Bilbao klubu yarımfinala adlayıb.
1/4 finala Madrid derbisi ilə yekun vurulub. “Real” “Santyaqo Bernabeu” arenasında “Atletiko”nu qəbul edib. Hesabı 19-cu dəqiqədə Alvaro Morta açıb. Fasiləyə minimal hesablı ütünlüklə yollanan atletiko futbolçuları bunu qoruya bilməyiblər. 2-ci hissədə Rodriqo rəqiblərini bir bir geridə qoyaraq baxımlı qol vurub 1:1. Əsas vaxt bu hesabla bitib. Əlavə vaxtda meydan sahibləri təşəbbüü tamamilə ələ alıblar. 2 dəqiqə ərzində “Atletiko”un heytində Stefan Saviçin 2 dəfə sarı vərəqə ilə cəzalanaraq komandasını azlıqda qoyması da “Real” futbolçularının işinə yarayıb. 104-cü dəqiqədə Kərim Benzema “Kral klubu”nu hesabda önə keçirib. Yekun nəticəni isə Vinisius Junior müəyyənləşdirib - 3:1. Beləliklə Madrid derbisində qalib gələn “Real” yarımfinala yüksəlib. Xatırladaq ki, daha əvvəl “Osasuna” və “Barselona” 1/4 fnal səddini adlamışdı. Yarımfinal mərhələsinin qarşılaşmaları yanvarın 30-dakı püşkatamadan sonra müəyyənləşəcək.

CANLI YAYIM