"Zirə" ukraynalı legionerlə anlaşıb

25 Yanvar, 11:15 Sosial mediada paylaşın:
“Zirə” klubu da heyətinə yeni futbolçu cəlb edib.
Qəsəbə təmsilçisi hazırda Kiyev “Dinamo”sunun hücumçusu Vladislav Kulaçla anlaşıb. 29 yaşlı futbolçu “Şaxtyor”un yetirməsi olsa da, Ukraynanın bir çox klublarında çıxış edib. 2021-ci ildə “Vorskla”dan “Dinamo”ya keçən Kulaç burada keçirdiyi 6 oyunda 1 dəfə fərqlənib. “Zirə” yaxın günlərdə Vladislav Kulaçla rəsmi müqavilə bağlayacaq.

CANLI YAYIM