Gənclər və İdman Nazirliyi Xaçanovun təxribatı ilə bağlı bəyanat dərc edib

24 Yanvar, 14:25 Sosial mediada paylaşın:
Erməni əsilli, rusiyalı tennisçi Karen Xaçanovun "Avstraliya Open" turnirində təxribatı ilə bağlı Azərbaycan Gənclər və İdman Nazirliyi bəyanat dərc edib. Bəyanatda deyilir:
“Hazırda davam edən “Böyük dəbilqə” seriyalı “AustraliaOpen” tennis turniri çərçivəsində 20 yanvar 2023-cü il tarixində baş tutan oyun zamanı erməni əsilli Rusiya idmançısı Karen Xaçanov rəqibinə qalib gəldikdən sonra idmançı adına yaraşmayan, Beynəlxalq Tennis Federasiyasının və hazırda iştirak etdiyi turnirin davranış qaydalarına zidd olan təxribat törətmiş və beynəlxalq turnirlərdə çıxış edən tennisçilərə məxsus bir ənənəni siyasiləşdirməyə cəhd etmişdir. Eyni hal idmançı tərəfindən turnirin növbəti mərhələsi çərçivəsində baş tutan oyundan sonra da təkrarlanmışdır.
Baş vermiş hallarla bağlı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Tennis Federasiyası tərəfindən ikitərəfli qaydada Rusiya Federasiyasının müvafiq qurumlarına, eləcə də Beynəlxalq Tennis Federasiyası və “AustraliaOpen” tennis turnirinin təşkilatçılarına müvafiq müraciətlər ünvanlanmış, bu təxribatçı addımlarına görə tennisçinin cəzalandırılması və belə bir halın təkrarlanmasına yol verilməməsi tələb edilmişdir.
Rusiya Federasiyasının müvafiq qurumları tərəfindən məsələnin araşdırılacağıvə idmançıya müvafiqxəbərdarlığın olunacağı vəd edilmişdir.
Xatırladaq ki, ki, Karen Xaçanov amerikalı rəqibi Frensis Tiafonu məğlub edəndən sonra sonra qələbə sevinci adı ilə kameraya "Artsax, möhkəm ol" sözlərini yazmışdı.

CANLI YAYIM