"Qarabağ" Serbiya klubuna qalib gəldi, Polşa komandasına uduzdu

19 Yanvar, 11:15 Sosial mediada paylaşın:
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qarabağ" son 2 yoxlama oyununu keçirib. 
Qurban Qurbanovun komandası əvvəlcə Serbiyanın "Çukariçki" klubu ilə qarşılaşıb. Oyun Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdəki yeganə qolu 42-ci dəqiqədə Kevin Medina vurub. Qarabağ" bu gün digər görüşdə isə Polşanın "Poqon" klubu ilə üz-üzə gəlib. Oyun Ağdam təmsilçisinin 2:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb. "Qarabağ"ın qollarını 49-cu dəqiqədə Marko Veşoviç və 90+4-cü dəqiqədə Abdullah Zubir vurub. Qeyd edək ki, "Qarabağ" ilk yoxlama matçında Polşa "Rakuv"una 0:3 hesabı ilə uduzub.

CANLI YAYIM