"Turan Tovuz" Qazaxıstan klubuna qalib gəlib

18 Yanvar, 11:15 Sosial mediada paylaşın:
"Turan Tovuz" da Antalya toplanışı çərçivəsində sonunsu hazırlıq matçında qüvvəsini sınayıb.
Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Qazaxıstanın "Jetısu" klubu ilə qarşılaşıb. Matç Tovuz təmsilçisinin 2:0 hesablı qələbəsiylə başa çatıb. "Turan Tovuz"un heyətində Ayxan Hüseynov və Denis Marandiç fərqlənib. Qərb təmsilçisi bundan əvvəl Rumıniyanın "Petrolul" (2:3) və İsveçrənin "Arau" (1:0) klubları ilə oynayıb.

CANLI YAYIM