"Kəpəz"in legionerləri komandaya qoşulub

12 Yanvar, 11:30 Sosial mediada paylaşın:
“Kəpəz”in iki əsas futbolçusunu Ahmed Ayzaya və Abdullahi Şuaybunu Antalya toplanışına apara bilməməsi ilə bağlı xəbər vermişdik.
 Nigeriyalı oyunçular viza ala bilmədiklərindən Türkiyəyə getməmişdi. Artıq problem həll olunub. Hər iki futbolçu ötən gün səhər saatlarında qonşu ölkəyə gedib.Qeyd edək ki, Gəncə klubu ayın 7-dən Türkiyədədir və 18-nə qədər orada hazırlıq keçəcək.

CANLI YAYIM