Qaret Beyl karyerasını başa vurub

10 Yanvar, 16:58 Sosial mediada paylaşın:
Uels futbolunun əfsanəsi, 33 yaşlı Qaret Beyl peşəkar karyerasını yekunlaşdırdığını açıqlayıb. O, qərarı barədə sosial şəbəkə platformalarında paylaşım edib. “Arxada qalan illər ərzində ən çox sevdiyim idman növü ilə məşğul olduğum üçün özümü bəxtəvər hesab edirəm. Bu dövr ərzində bir çox arzuma çatdım. Futbolla vidalaşaraq həyatımda yeni səhifə açıram. Azarkeşlərin qərarıma hörmətlə yanaşacaqlarına ümid edirəm”.SİTATIN SONU
“Sauthempton” və “Tottenhem” kimi komandalarda məşhurlaşandan sonra 2013-cü ildə rekord məbləğə - 100 milyon avroya Madrid “Real”ına gələn Beyl İspaniya klubunun heyətində mümkün bütün titullara yiyələndi.
“Real”ın oyunçusu kimi UEFA Çempionlar Liqasında 5 dəfə qızıl medala yiyələnən Beyl, 3 dəfə La-Liqanın ali mükafatına sahib olub. O, Uels futbolunun son illərdəki inkişafının əsas memarlarındadır. Beylin liderlik etdiyi komanda Avro 2016-da yarımfinala qədər irəliləyib. 64 il sonra dünya çempionatının final mərhələsinə çıxaraq Qətər mundialında mübarizə  aparıb. Qaret Beyl sonuncu komandası “Los Anceles”in heyətində 2022-ci ili Konfrans və MLS çempionu kimi tamamlamışdı.

CANLI YAYIM