Uqo Lyoris Fransa millisindəki çıxışını başa vurub

10 Yanvar, 15:55 Sosial mediada paylaşın:
2008-ci ildən Fransa seçməsinin şərəfini qoruyan 36 yaşlı Uqo Lyoris milli karyerasını başa vurduğunu açıqlayıb.
Avro-2016-da gümüş medala yiyələnən Lyoris 2 il sonra Rusiyada kapitan kimi dünya çempionluğu sevinci yaşamışdı. Qətər mundialında gümüş medalla kifayətlənən təcrübəli qolkiper     UEFA Millətlər liqasının qalibidir. Fransa millisində 145 oyuna çıxan Uqo Lyoris bu göstəricidə rekordçudur. O, 120 qarşılaşmada  kapitan funksiyasını yerinə yetirib ki, bu da Fransa futbolu tarixində ən yüksək göstəricidir.

CANLI YAYIM