Aliu Sisse: "Qətərlə oyunda meydanda əsl aslanları görəcəyik"

25 Noyabr, 12:10 Sosial mediada paylaşın:
Dünya çempionatında A qrupunun 2-ci turunda Seneqal yığması ilə üz-üzə gələn Qətər komandası ilk dəfə bu milliyə rəqib olacaq. İlk turda Ekvador futbolçularına 2 cavabsız qolla məğlub olan mundialın ev sahibi bu qarşılaşmada qələbə qazanmaqla pley of imkanlarını saxlamaq niyyətindədir:
Feliks Sançes, Qətər millisinin baş məşqçisi
"Buraxdığımız səhvlərdən nəticə çıxarırıq.  Özümüzü sübut etmək üşün əlimizəd yaxşı imkan var.  Üzərimizdə əvvəlki təziq yoxdur.  Təəssüf ki, ilk oyunda azarkeşlərizə gözlədikləri sevinci yaşada bilmədik. Dünya çempinatında zəif rəqib olmur. Biz ilk dəfədəir ki belə bir turnirdə oynayırıq.  Seneqal böyük təcrübəyə malik komandadır. Əminəm ki, biz istədiyimiz nəticəni qazana biləcəik.  Qətədə futnolun inkişası üçün hər bir şey var.
Lakin Seneqalla oyun Qətər üçün olmayacaq. Belə ki, rəqibi ilə müqayisədə mundial təcrübəsi daha çox olan Seneqal üçün də qarşıdakı matçda qazanılacaq 3 xal pley ofa yüksəlmək yolunda əhəmiyyətli ola bilər.
Aliu Sisse, Seneqal millisinin baş məşqçisi
"Məğlubiyyətlə başladıq. Amma indi meydanda əsl “aslanları” görəcəyik. Heyətimizdə ciddi itki var. Əsas qol silahımız Sadio mudialda çıxış etmit. Lakin o, hər gün bizimlə əlaqə saxlayır, mənəvi dəstəyini verir. Komandama inanıram. Niderlandla matçda nəticə yaxşı olmasa da, futbolçularım göstrdiyi oyunla məni razı saldı. İnanıram ki, Qətərlə oyunla istəyimizə nail olacağıq". 
"Al Tumama" stadionunda  keçiriləcək  Qətər – Seneqal matçı saat 17-də başlanacaq.  Qarşılaşmanı ispaniyalı baş hakim Antonio Migel Mateu Laos idarə edəcək.

CANLI YAYIM