Bakıda cüdo üzrə "Böyük Dəbilqə" turniri start götürüb

4 Noyabr, 11:30 Sosial mediada paylaşın:
Bu gün paytaxtımızda cüdoçuların "Böyük Dəbilqə” seriyalı yarışı başlanıb.
Turnirin ilk günü 13 idmançımız tatami üzərinə çıxacaq. Kişi cüdoçularımız 60 və 66 kq çəki dərəcələrində, qadınlar isə 48 və 52 kq çəkilərdə bacarıqlarını göstərəcəklər. Mötəbər turnirdə ümumən 61 ölkədən 366 cüdoçu çıxış edir. Ölkəmizi yarışda 37 idmançı təmsil edir. Noyabrın 6-dək davam edəcək “Böyük Dəbilqə” turniri cüdoçulara Olimpiya oyunlarına lisenziya xalları qazandıracaq. Hazırda biz yarışın keçirildiyi Heydər Əliyev adına idman konsert kompleksinə bağlanırıq. Əməkdaşımız Şöhrət Hüseyn “Böyük Dəbilqə” ilə bağlı ən son məlumatları çatdıracaq. Salam, Şöhrət, buyur, söz səndədir.

CANLI YAYIM