Bakıda keçiriləcək "Böyük Dəbilqə" yarışında ölkəmizi 37 cüdoçu təmsil edəcək

26 Oktyabr, 14:15 Sosial mediada paylaşın:
Bakıda start götürəcək cüdo üzrə “Böyük Dəbilqə” yarışında iştirak edəcək Azərbaycan milli komandasının heyəti müəyyənləşib.
Üç gün davam edəcək yarışda 28 kişi və 9 qadın idmançı çıxış edəcək. Kişilərin mübarizəsində Kəramət Hüseynov, Balabəy Ağayev, Rövşən Əliyev, Turan Bayramov, Orxan Səfərov, Yaşar Nəcəfov, İsmayıl İbrahimov, Kamran Süleymanov, Hidayət Heydərov, Rüstəm Orucov, Telman Vəliyev, Vüsal Qələndərzadə, Səid Mollayi, Zelim Tçkayev, Elcan Hacıyev, Ömər Rəcəbli, Məmmədəli Mehdiyev, Murad Fətiyev, Vüqar Talıbov, İbrahim Ağakişiyev, Zelim Kotsoyev, Elmar Qasımov, Aslan Mirzəyev, Hüseyn Dadaşov, Uşanqi Kokauri, Camal Qamzatxanov, Kənan Nəsibov və Toğrul Salmanov tatamiyə çıxacaq.
Qadınlarda isə Leyla Əliyeva, Aişə Qurbanlı, Ramilə Əliyeva, Gültac Məmmədəliyeva, Aydan Vəliyeva, Aytac Qardaşxanlı, Nərgiz Hacıyeva, Südabə Ağayeva və Günel Həsənli qüvvəsini sınayacaq.
Qeyd edək ki, hələlik “Böyük Dəbilqə” üçün 62 ölkədən 371 idmançı qeydiyyatdan keçib. Yarışlara noyabrın 4-də start veriləcək.
 

CANLI YAYIM