Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb

16 Sentyabr, 11:30 Sosial mediada paylaşın:
Azərbaycan cüdoçusu Turan Bayramov Çexiyanın paytaxtı Praqada keçirilən gənclər arasında Avropa çempionatında final görüşünə çıxıb.
"Report"un yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 60 kq çəki dərəcəsində rəqib polşalı Ksaveri İqnasyak olub.
Bayramov fənd tətbiq edərək, rəqibin kürəyini yerə vurub. Hakimlər əvvəlcə Azərbaycan cüdoçusunu qalib elan etsələr də, sonradan qərarı dəyişiblər.
Yeni qaydalara görə, əldən tutub fəndi atarkən, baş xalçaya doğru getməməlidir. Əks-halda, fəndi tətbiq edənə hansoku, yəni, diskvalifikasiya cəzası verirlər.
Məhz həmin səhvə yol verən Bayramov yekunda gümüş medalla kifayətlənib.

CANLI YAYIM