Mahir Emreli "Dinamo"da ilk qolunu vurub

11 Aprel, 12:45 Sosial mediada paylaşın:
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda qol hesabını açıb. 
25 yaşlı hücumçu səfərdə "Riyeka"ya qarşı keçirdikləri XXX tur matçında fərqlənib. 79-cu dəqiqədə rəqib qapısına yol tapan forvard hesabı bərabərləşdirib. Emreli oyuna 57-ci dəqiqədə komandası 0:1 hesabı ilə geridə olduğu vaxt daxil olub. Görüş "Dinamo"nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da Zaqreb təmsilçisi 29 oyundan sonra xalını 63-ə çatdırıb və ehtiyatda daha bir görüşünün olmasına baxmayaraq, liderliyə yüksəlib.

CANLI YAYIM