Voleybol millimiz sonuncu oyununda Fransaya məğlub olub

26 Avqust, 12:40 Sosial mediada paylaşın:
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında sonuncu oyununu keçirib.
Vüqar Əliyevin baş məşqçi olduğu kollektiv A qrupundakı beşinci sınağında Fransa yığması ilə qarşılaşıb. Görüş rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Ilk setdə rəqib komanda 25-19 hesabı ilə qalib gəlib. Sonradan hücumlarını gücləndirən voleybolçularımız ikinci hissədə çətin qələbə qazanıblar. 28-26. Bu, millimizin Avropa çempionatında qazandığı yeganə set olub. Digər hissələrdə fransalılar 25-11 və 25-18 hesabı ilə üstün olublar. Qeyd edək ki, Azərbaycan millisi A qrupundakı ilk dörd oyununda Belçika, Bosniya və Herseqovina, Rusiya və Serbiya seçmələrinə müvafiq olaraq 0:3 hesabı ilə uduzub. Xalı olmayan yığmamız qrupu sonuncu - 6-cı pillədə başa vurub.

CANLI YAYIM