Bolqarıstanlı hücumçu "Neftçi"ni tərk edəcək

16 Aprel, 11:20 Sosial mediada paylaşın:
“Neftçi”nin hücumçusu Ahmet Ahmetov isə çox güman ki, mövsümün sonunda komandanı tərk edəcək.
Bolqarıstandan transfer olunan türk əsilli forvard əsas heyətdə möhkəmlənə bilmədi. Üstəlik hücumçunun hazırda başqa klublardan da təklifləri var. "Azerisport"un məlumatına görə, Sloveniyanın “Domjale” və Türkiyənin aşağı divizion təmsilçisi “Tuzlaspor” forvardın transferində maraqlı olduqlarını bildiriblər. Qeyd edək ki, Ahmet Ahmetov qış fasilsəində Bolqarıstanın ÇSKA klubundan icarə əsasında “Neftçi”yə keçib.

CANLI YAYIM