Sezar Meza Kolli Azərbaycana qayıda bilər

18 Sentyabr, 10:27 Sosial mediada paylaşın:
“Keşlə”nin keçmiş üzvü Sezar Meza Kolli “Zirə”yə keçə bilər.
Rumıniya mətbuatının məlumatına görə, o, hazırkı klubu “Univerasitatya” komandasından ayrılıb. Mərkəz yarımmüdafiəçisi mövqeyinə oyunçu axtaran qəsəbə təmsilçisi isə hazırda futbolçu ilə danışıqlar aparır. Qeyd edək ki, bir ara AFFA-nın da milliləşdirmək istədiyi futbolçu ötən mövsümü icarə əsasında “Keşlə”də keçirmişdi. 

CANLI YAYIM