Rusiya çempionatında 6-cı tur yekunlaşdı

31 Avqust, 13:25 Sosial mediada paylaşın:
    Rusiya çempionatının 6-cı turunda SSKA “Axmat”ın qonağı olub. Hərbçilərin üstünlüyü ilə keçən oyunun ilk hissəsində hesab açılıb. 11-ci dəqiqədə Moskva futbolçularından Konstantin Kuçayev fərqlənib. Fasiləyə minimal hesablı qələbə ilə yollanan SSKA ikinci hissədə də hücumlarını davam etdirib. Matçın sonlarında fərq daha da artıb. Əvvəlcə, Kristiyan Bistroviç hədəfdən yayınmayıb. Daha sonra Nikola Vlaşiç mübarizəyə nöqtə qoyub. 3 cavabsız qolla qalib gələn SSKA 10 xalla 5-ci pilləyə yüksəlib. Eyni xalı olan “Axmat” isə 7-cidir. “Zenit” isə Moskva “Lokomotiv”i ilə heç-heçə edərək 2-ci pilləyə enib. 14 xalı olan “Spartak” liderliyi ələ keçirib.  

CANLI YAYIM