UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib

23 Avqust, 09:58 Sosial mediada paylaşın:
Azərbaycanın ötən həftə ilə müqayisədə UEFA reytinqində mövqeyi dəyişməyib.
Bu, avrokuboklarda pley-off mərhələsinin ilk oyunlarından sonra baş verib.
26-cı sırada yer alan ölkənin əmsalı 18,875-ə bərabərdir.
"Qarabağ" Çempionlar Liqasında Xorvatiyada "Dinamo" (Zaqreb) kollektivinə uduzub - 0:3.
"Zirə" isə UEFA Konfrans Liqasında Kiprdə "Omoniya"ya məğlub olub - 0:6.
25-ci pillədəki Kiprin 19,225, 27-ci yerdəki Bolqarıstanın 18,625 əmsalı var.
55 ölkənin yer aldığı reytinq siyahısına İngiltərə (89.303) başçılıq edir.

CANLI YAYIM