İngiltərə Premyer Liqasının 15-ci turunda azarkeşlər London derbisi izləyiblər. “Tottenhem” “Çelsi”ni qəbul edib. Artıq 5-ci dəqiqədə Dominik Solanke hesabı açıb. Az Sonra Deyan Kuluşevski 2-ci topu “Çelsi”nin qapısıdnan keçirib. Lakin bu qoldan sonra “zadəganlar” dönüş etməyi bacarıblar. Əvvəlcə Ceyden Sanço fərqi azaldıb. 61-ci dəqiqədə Koul Palmer təyin olunan penaltini dəqiq yerinə yetirib. Çpx keçmədən Entso Ferdandes “Çelsi”ni hesabda önə keçirib. 84-cü dəqiqədə meydan sahiblərinin qapıısna növbəti penalti təyin olunub. Koul Palmer bu dəfə də qapını dəqiq nişan alıb. Oyunda son nöqtəni isə Son Hın Min qoyub. “Çelsi” 4:3 hesablı qələbə ilə xallarını 31-ə yüksəldib və 2-ci piilədəki möhkəmləndirib. 3 oyundur qalib gələb bilməyən şimali londonlular isə 11-cidir.

Digər London derbisində “Arsenal” “Fulhem”in qonağı olub. 11-ci dəqiqədə Raul Ximenez meydan sahiblərini irəli çıxarıb. 2-ci yarıda topçular oyuna nəzarət və hücum cəhdələrinin sayında böyük üstünlük əldə ediblər. 52-ci dəqiqədə Vilyam Saliba tarazlığı bərpa edib. Oyunda yadda qalan başqa hadisə olmayıb: “Fulhem” – “Arsenal” 1-1. Liderlik yarışında xal itirən “Arsenal” “Çelsi”dən 2 xal geri qalıb və 3-cü pillədə qərarlaşıb. “Fulhem” 23 xalla 10-cudur. Yarış cədvəlinə əvvəlki kimi “Liverpul” başçılıq edir. Mesisaydlılar rəqiblərindən 1 oyun az keçirməklə - 35 xalla liderdir.