FİFA-nın təşkil edəcəyi Klublarası Dünya Çempionatının püşkatma mərasimi keçirib.
Mayamidə baş tutan püşkatmadan sonra 32 komanda 8 qrupda yer alıb. Tarixdə ilk dəfə bu yarışda 32 klub iştirak edəcək. A qrupunda Braziliyanın “Palmeyras”, Portuqaliyanın “Portu”, Misirin “Əl-Əhli” və Amerika Birləşmiş Ştatlarının “İnter Mayami” klubları mübarizə aparacaq. B qrupunda PSJ, "Atletiko", "Botafoqo" və "Sietl Saunders", C qrupunda "Bavariya", "Benfika", "Boka Xuniors" və "Oklend Siti" qərarlaşıb. D qrupunda "Flamenqo", "Çelsi", "Leon” və "Esperans", E qrupunda "River Pleyt", "Monterrey", "İnter" v "Urava Red Daymonds", F qrupunda "Fluminense", "Borussiya", "Ulsan" v "Mamelodi Sandaunz" var. G qrupunda "Mançester Siti", "Yuventus", "Vidad" və "Əl-Əyn", H qrupunda isə "Real" Madrid, "Zaltsburq", "Əl-Hilal" və "Paçuka" komandaları çıxış edəcək
Qeyd edək ki, oyunlar Amerika Birləşmiş Ştatlarının 11-in şəhərində oynanılacaq. 2025-ci iyunun 15-də start götürəcək çempionata iyulun 13-də yekun vurulacaq.