Yarımmüdafiəçi Tomas Müller “Bavariya”da keçirdiyi rəsmi oyunların sayına görə rekordçu olub.

Bu barədə “Opta” statistika xidməti məlumat yayıb.

Bazar günü 34 yaşlı futbolçu Bundesliqanın ikinci turunun “Frayburq”la oyununda (2:0) 78-ci dəqiqədə qol vurub.

Müllerin 1962-1980-ci illərdə Münxen klubunda çıxış edən Zepp Mayeri qabaqlayaraq “Bavariya”nın heyətində 710 oyun keçirib.

Müller 2008-ci ildən Münxenin əsas komandasında çıxış edir, 12 dəfə Almaniya çempionu, altı dəfə Almaniya kubokunun qalibi, iki dəfə Çempionlar Liqasının qalibi olub.

Almaniya millisinin tərkibində Müller 2014-cü il dünya çempionatında qızıl medal qazanıb.