Paris-2024 Yay Olimpiya oyunlarında daha bir idmançımız fəxri kürsüyə qalxıb.

Taekvondo yarışlarında 58 kq-da çıxış edən təmsilçimiz Qaşım Maqomedov ilk görüşündə irlandiyalı Cek Vollini hər iki hissədə məğlub edib. İdmançımız 1/4 finalda ispan Adrien Visenteni mübarizədən kənarlaşdırıb. Qaşım Maqomedov yarımfinalda daha güclü rəqiblə - Tokio Olimpiya oyunlarını qalibi olan italyan Vito Delakvila ilə qarşılaşıb. Taekvondoçumuz bu dəfə də inamlı çıxışı ilə diqqət çəkib və hər iki hissədə üstün olub. Final görüşündə rəqib cənubi koreyalı Park Taycon olub. Həlledici qarşılaşmada Maqomedov uğursuzluqla üzləşib. O ilk bölümdə zədələnərək mübarizəni istədiyi səviyyədə keçirə bilməyib. Təmsilçimiz sona qədər əmzkarlıq nümayiş etdirsə də, qalib gələ bilməyib. Beləliklə Qaşım Maqomedov Paris Olimpiya oyunlarını gümüş medalla başa vurub.