Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax qarşıdakı 8 ildə də quruma rəhbərlik edəcək.
Parisdə keçirilən BOK-un 142-ci sessiyasında səs vermə zamanı İcraiyyə Komitəsinin 93 üzvü almaniya funksionerə dəstək nümayiş etdirib. 2 nəfər isə bitərəf qalıb. Xatırladaq ki, 70 yaşlı Bax 2013-cü ildən bu quruma rəhbərlik edir. O, sonuncu dəfə 2021-ci ildə komitədə keçirilən prezident seçkilərində postunu qorumuşdu. Xatırladaq ki, 8 ildən sonra səlahiyyət müddəti başa çatacaq funksioner Olimpiya Xartiyasının reqlamentinə əsasən, namizədliyini irəli sürə bilməyəcək.