Avro 2024-də qalibin adına aydınlıq gəlib.

Berlin Olimpiya stadionunda keçirilən final görüşündə İspaniya və İngiltərə milliləri üz-üzə gəlib. İlk yarıda qapılara qol vurulmayıb. 2-ci hissəyə fəal başlayan “qırmızı furiya” 47-ci dəqiqədə istəyinə çatıb. Lamin Yamalın ötürməsindən sonra Niko Vilyams fərqlənib. Buna baxmayaraq əzmkarlığı itirməyən İngiltərə millisi tarazlığı bərpa edib. Oyuna sonradan daxil olan Koul Palmer uzaq məsafədən baxımlı qolla diqqət çəkib. İspanların cavab həmləsi gedikməyib. Sol cinahdan Mark Kukureyanın ötürməsjni lazımınca dəyərləndirən Mikel Oyarzabal yenidən komandasını önə keçirib. Oyunun tamamında ingilis futbolçular hesabı bərabərləşdirmək üçün əla fürsət əldə ediblər. Lakin əvvəlcə Unay Simon, daha sonra isə Dani Olmo tooun qapıdan keçməsinə imkan verməyiblər. Beləliklə 2:1 hesabilə qalib gələn İspaniya rekord sayda - 4-cü dəfə Avropanın ən güclüsü olub. İngiltərə millisi ardıcıl 2-ci qitə yarışının finalında məğlubiyyətlə üzləşib.