21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib.
U-21 iyunun 11-də “Liv Bona Dea Arena”da Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Görüş saat 20:00-da başlayacaq. Qeyd edək ki, U-21 millimiz iyunun 7-də, Bakı vaxtı ilə saat 20:30-da Senets şəhərində yerləşən Təlim-Məşq Mərkəzində Slovakiya yığması ilə yoldaşlıq görüşü keçirəcək.