Türkiyənin İstanbul şəhərində Dünya Olimpiya Təsnifat turniri keçirilir. İlk yarış günündə mübarizə aparan 4 yunan-Roma güləşçilərimizdən 3-ü məqsədinə nail olub. 60 kq-da Murad Məmmədov Latviya, Almaniya və Polşa idmançısına qalib gələrək yarımfinala yüksəlib Finala gedən yolda rumıniyalı Razvan Arnautu məğlub edən güləşçimiz Paris-2024 olimpiadasına lisenziya əldə edib.
87 kq-da Rafiq Hüseynov da ehtimalları doğrudub. O, ardıcıl olaraq Yunanıstan, Hindistan və İsveçdən olan rəqibinə qalib gəlib. Yarımfinalda isə gürcüstanlı Laşa Qobadze Rafiq Hüseynovun qarşısında aciz qalıb. Bununla da təcrübəli idmançızmız Paris Olimpiadasına lisenzia əldə edib.
Ən ağır çəkidəki təmsilçizmiz Sabah Şəriəti də finala yüksələ bilib. Yunanıstan, Qırğızıstan və Litva idmançısını məğlub edən pəhləvanımız yarımfinalda Belarus güləşçisi Pavel Qlinçukla gərgin keçən mübarizədən üstün ayrılıb. Beləliklə İstanbuldakı yarışda 3 yunan-Roma güləşçimiz Paris-2024 Olimpiya Oyunlarına vəsiqə qazanıb.
Əlavə edək ki, bununla da, Azərbaycan idmançılarının Paris-2024 Yay Olimpiya oyunlarına liseziyalarının sayı 23-ə çatıb.