Gənclər və idman naziri Fərid Qayıbov Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahında keçirilən BMT İqtisadi və Sosial Şurasının növbəti Gənclər Forumunda iştirak edib.
Nazir sülh və dayanıqlı inkişaf məqsədlərinə həsr olunan plenar iclasda, eləcə də, iqlim və sülh müzakirəsində gənclər dialoqu üçün ayrılan seqmentdə çıxış edib. Fərid Qayıbov həmçinin BMT Gənclər Ofisinin rəhbəri Felipe Paullier, Braziliyanın Gənclər üzrə milli katibi Ronald Luiz Dos Santos və Amerika Dövlət Departamentinin qlobal gənclər üzrə xüsusi elçisi Ebbi Finkenauerlə görüşüb.