Qrossmeysterimiz Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində növbəti görüşünü keçirib.

Təmsilçimiz 10-cu turda ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib. 28 yaşlı şahmatçımız 0-1 hesabilə məğlub olub 

Hər iki şahmatçı arasında keçirilən əvvəlki görüşdə heç-heçə qeydə alınmışdı.

Bu nəticədən sonra Abasov yarış cədvəlində 3 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb. Nakamura isə 5 xal yarımla 3-5-ci yerləri bölüşür.

Qeyd edək ki, yarışa aprelin 22-də yekun vurulacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.