Avropa Liqasının 1/8 final mərhələsində "Bayer"lə matçda zədələnən Olavio Juninyonun vəziyyətinə aydınlıq gəlib.
Braziliyalı hücumçu MRT müayinəsindən keçib. Sambaçı"nın zədəsi çox ciddi deyil. Lakin onun "Bayer"ə qarşı oynayıb-oynamayacağı matç günü bəlli olacaq. Qeyd edək ki, "Qarabağ" Almaniyada "Bayer"lə cavab oyununu martın 14-də keçirəcək.