Milli komandamızın keçmiş üzvü Araz Abdullayev yenidən klubunu dəyişib.

Təcrübəli futbolçu bu dəfə Qazaxıstan təmsilçisi “Jenis”lə anlaşıb. Klub yaxın günlərdə transferi rəsdmiləşdirməlidir. Qeyd edək ki, Araz Abdullayevin sonuncu klubu Kosovanın “Lapi” komandası olub. Yanvarda isə o, azad agent status alıb.